Aparıcı kirayə pulunu istəyənləri qınadı


Digərləri 09 Apr 2020 11:15:00 114 0

Aparıcı kirayə pulunu istəyənləri qınadı

Son zamanlar şəxsi həyatı ilə tez-tez gündəmə gələn aparıcı Ece Erken ev sahibinin kirayə pulunu istəməsinə üsyan edib.

Son.az axşam.az-a istinadən bildirir ki, aylıq ödənişi gecikdirən aparıcı ev sahibinin bunu xatırlatmasına qəzəblənərək onunla olan yazışmalarını sosial şəbəkədə yayımlayıb:

"Kirayə pulu və kommunal ödənişlər artıb. Koronavirus səbəbi ilə heç kim işləmir, hər yer bağlanıb. Mən evimi kirayə verdiyim şəxs də ödəməni gecikdirir. Ondan aldığım zaman verəcəyəm. Evdən də yaxın zamanda çıxacağam".

Ev sahibi isə "Mənzili götürdüyünüz vaxt da qiymətlər belə idi" deyə cavab verib.