Gürcüstanda koronavirusla mübarizəyə bu qədər vəsait toplandı


Dünya 09 Apr 2020 10:20:40 104 0

Gürcüstanda koronavirusla mübarizəyə bu qədər vəsait toplandı

Gürcüstanda koronavirusla mübarizə məqsədilə yaradılan StopCoV fondunda toplanan vəsaitin həcmi 100 milyon lari (32 milyon ABŞ dolları) artıb.

Gürcüstanda koronavirusla mübarizə məqsədilə yaradılan StopCoV fondunda toplanan vəsaitin həcmi 100 milyon lari (32 milyon ABŞ dolları) artıb.

“Report”un yerli bürosu xəbər verir ki, fonda bu məbləğdə ianəni hakim Gürcü Arzusu Partiyasının sədri Bidzina İvanişvilinin ailəsi edib.

Bununla fondda toplanan məbləğin həcmi 124 543 899 lariyə (40 milyon ABŞ dolları) çatıb.

Qeyd edək ki, StopCoV fondu martın 24-də yaradılıb. Koronavirusla mübarizəyə pul köçürmələrini özəl şirkətlər və sıravi vətəndaşalrla yanaşı hakim partiyanın deputatları, üzvləri və hökumət rəsmiləri də həyata keçirirlər.