Tbilisidəki 9 aprel hadisələrinin 31-ci ildönümü tamam olur


Dünya 09 Apr 2020 10:26:44 106 0

Tbilisidəki 9 aprel hadisələrinin 31-ci ildönümü tamam olur

Tbilisidə 1989-cu ilin aprelin 9-da törədilən qanlı hadisələrin 31-ci ildönümü tamam olur.

Tbilisidə 1989-cu ilin aprelin 9-da törədilən qanlı hadisələrin 31-ci ildönümü tamam olur.

“Report”un yerli bürosu xəbər verir ki, həmin gün sovet qoşunları Tbilisinin mərkəzində Gürcüstan parlamentinin binası qarşısında dövlət müstəqilliyinin tələbi ilə keçirilən dinc aksiyanı amansızcasına dağıdıblar.

Nəticədə əksəriyyəti qadın olmaqla 21 nəfər həlak olub, yüzlərlə insan yaralanıb.

Faciədən iki il sonra 1991-ci ilin aprelin 9-da Gürcüstanın Ali Şurası dövlət müstəqilliyinin bərpasını elan edib. 9 aprel Gürcüstan tarixinə faciəvi günlə yanaşı, eyni zamanda dövlət müstəqilliyinin bərpası günü kimi də daxil olub.