Dilənçi qız təsadüf nəticəsində milyonçu oldu FOTO


Digərləri 09 Apr 2020 10:14:00 226 0

Dilənçi qız təsadüf nəticəsində milyonçu oldu  FOTO

Filippin sakini Rita Qaviola öz misalında yoxsul insanın qısa zamanda zəngin ola bildiyini sübut edib.

Son.az oxu.az-a istinadən xəbər verir ki, 2016-cı ildə 13 yaşı olarkən, filippinli fotoqraf Topher Kuinto Burqos təsadüfən onun dilənən zaman şəklini çəkib.

O zaman qızın atası zibil yığmaqla məşğul olurmuş, anası isə evdə Ritanın balaca bacı və qardaşlarına baxırmış.

Onlardan heç biri məktəbə getmirdi, ailə tez-tez günlərlə ac qalırdı.

Qızın təbii gözəlliyinə vurulan fotoqraf onun şəklini sosial şəbəkələrdə paylaşır. Bundan sonra qızın həyatı 180 dərəcə dəyişir.