İsraildə koronavirusdan effektiv müalicə üsulu tətbiq edilir


Dünya 09 Apr 2020 10:03:00 124 0

İsraildə koronavirusdan effektiv müalicə üsulu tətbiq edilir

İsrailin Hayfa şəhərində yerləşən "Pluristem" şirkəti hüceyrə terapiyası sayəsində koronavirus səbəbindən kritik vəziyyətdə olan altı xəstəni müalicə etdiyini bildirib.

Son.az oxu.az-a istinadən xəbər verir ki, xəstələr İsrailin üç fərqli tibb mərkəzində müalicə alıb.

Onlar nəfəs çatışmazlığından və koronavirusun yaratdığı digər çətinliklərdən əziyyət çəkirmiş.

Bundan əlavə, dörd xəstədə digər problemlər, o cümlədən ürək-damar və böyrək çatışmazlığı təsbit edilmişdi.

Məlumata əsasən, qeyd edilən üsulla müalicədən sonra dörd nəfərin tənəffüs parametrlərində müsbət dəyişikliklər qeydə alınıb. İkisində isə bundan əlavə kliniki sağalma müşahidə edilib.