Məşhur aktyor 6cı dəfə ata olacaq FOTO


Digərləri 09 Apr 2020 09:41:00 110 0

Məşhur aktyor 6cı dəfə ata olacaq  FOTO

Noyabrda hamiləliyi 2-ci dəfə uğursuz alınan amerikalı aktyor Alek Boldvinin xanımı Hilariya Boldvin yenidən ana olacaq.

Son.az axşam.az-a istinadən bildirir ki, bu barədə 36 yaşlı aktrisa İnstaqram səhifəsində məlumat verib.

Ultrasəs müayinə otağından video paylaşan Hilariya "Bu səsin bizim üçün nə demək olduğunu çatdırmaq üçün söz tapa bilmirəm. Körpə sağlamdır" qeydini yazıb.

Xatırladaq ki, 8 il əvvəl evlənən cütlüyün 4 uşaqları var. Alekin aktrisa Kim Besingerdən evliliyindən 23 yaşında bir qızı da var.