“Samsung Galaxy Chromebook” noutbuku satışa çıxarılıb


Digərləri 09 Apr 2020 08:46:00 116 0

“Samsung Galaxy Chromebook” noutbuku satışa çıxarılıb

Cənubi Koreyanın "Samsung" şirkətinin ilin əvvəlində "CES 2020" beynəlxalq elektronika sərgisində təqdim edilən "Galaxy Chromebook" noutbuku rəsmən satışa çıxarılıb. "Chrome OS" əməliyyat sisteminin idarəetməsi ilə işləyən qurğunu istehsalçının rəsmı saytı və ya ABŞ-ın "Best Buy" mağazalar şəbəkəsi vasitəsilə əldə etmək mümkündür. Kompüterin qiyməti 1000 dollar təşkil edir.

Son.az ictnews.az-a istinadən bildirir ki, noutbuk boz (Mercury Grey) və açıq-qırmızı (Fiesta Red) olmaqla iki korpus rəngində tədarük ediləcək.

"Galaxy Chromebook" 13,3 düym diaqonallı "4K OLED" ekranla təchiz edilib, eləcə də əksər noutbuklarla müqayisədə daha güclü onuncu nəsil "Intel Core i5" prosessoruna malikdir. Qurğunun spesifikasiyasına, həmçinin "LPDDR3" tipli 8 giqabaytlıq operativ yaddaş və 256 giqabayt tutumlu bərkcisimli toplayıcı daxildir.

"Samsung Galaxy Chromebook" noutbukunun ölçüsü 30,28 × 20,32 × 0,99 sm, çəkisi isə 1,03 kq təşkil edir.