ABŞda sutka ərzində koronavirusdan rekord sayda ölüm faktı qeydə alınıb


Dünya 09 Apr 2020 08:48:00 94 0

ABŞda sutka ərzində koronavirusdan rekord sayda ölüm faktı qeydə alınıb

ABŞ-da artıq ikinci sutkadır ki, yeni növ koronavirus infeksiyasına yoluxma nəticəsində rekord sayda ölüm faktı qeydə alınıb. 8 aprel tarixinə olan məlumata görə, son bir gündə ölkədə 1973 nəfər həyatını itirib.

Son.az APA-ya istinadən xəbər verir ki, bu barədə federal və ştatlardan əldə olunmuş məlumatlar əsasında hesabat aparan Cons Hopkins Universitetinin açıqlamasında qeyd olunur.

Hazırda ABŞ-da ümumilikdə 430 376 virusa yoluxma halı qeydə alınıb. 14 739 nəfər ölüb, 23 707 nəfər isə sağalıb.

Bundan əvvəlki antirekord - bir sutkada 1,7 min nəfərdən çox ölüm - aprelin 7-də qeydə alınmışdı.