Fransada pandemiyanın növbəti dalğası gözlənilir


Dünya 09 Apr 2020 08:32:00 127 0

Fransada pandemiyanın növbəti dalğası gözlənilir

Fransada COVID-19 pandemiyasından ölənlərin sayı 10 min 869-a çatıb. Xəstəxanalarda son 24 saat ərzində koronavirusdan 541 nəfər ölüb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, ölkədə COVID-19 pandemiyasından 60 mindən çox insan xəstəxanalara qəbul edilib. Bu gün xəstəxanalarda 30 min 375 COVID-19 daşıyıcısı var ki, onlardan 7048-i reanimasiya şöbələrindədir.

Bildirilib ki, 21 mindən çox COVİD-19 xəstəsi sağalıb.

Fransanın Atlantik okeanında olan "Charles-de-Gaulle" məşhur təyyarə-daşıyıcı gəmisində 1760 hərbi dənizçidən 40-dək hərbi dənizçinin yeni koronavirusa yoluxduğu bildirilib. Müdafiə Nazirliyi bildirib ki, həmin dənizçilər təcrid olunub və gəmidəki digər dənizçilər test ediləcək. COVID-19 pandemiyası ilə bağlı təsis edilmiş Elmi Şuranın üzvü Lila Bouadma isə "qara cümə axşamına hazırlaşırıq" deyə qarşıdan gələn günün çətin olacağını bildirib.