İsrail həkimləri COVID19un effektiv müalicə üsulunu hazırlayıblar


Dünya 09 Apr 2020 08:28:00 106 0

İsrail həkimləri COVID19un effektiv müalicə üsulunu hazırlayıblar

İsrailin Hayfa şəhərindən olan "Pluristem" şirkəti hüceyrə terapiyasından istifadə etməklə ağır vəziyyətdə olan 6 koronaviruslu xəstəni müalicə etdiyini açıqlayıb.

Son.az APA-ya istinadən xəbər verir ki, xəstələr bir həftə olaraq İsrailin üç fərqli tibb mərkəzində müalicə alıblar və kəskin tənəffüs çatışmazlığından, həmçinin COVID-19 infeksiyasının səbəb olduğu ağırlaşmalardan əziyyət çəkiblər. Xəstələrin dördündə ürək-damar və böyrək çatışmazlığı kimi digər orqan sistemlərinin çatışmazlığı da üzə çıxıb.

"Pluristem"in məlumatına görə, xəstələrdən dördünün tənəffüs fəaliyyəti yaxşılaşıb. Bundan əlavə, əvvəlcədən xəstəlikləri olan iki xəstədə nəfəs alma ilə yanaşı klinik yaxşılaşma müşahidə olunub.

"Pluristem"in PLX-hüceyrələri "immunomodulyator xüsusiyyətlər"ə malikdir. Nəticə immunitet sisteminin təhlükəli hiperaktivasiyasının ləğvi ola bilər. Onun pnevmoniya (ağciyərlərin iltihabı) və pnevmonitdən (ağciyər toxumasının ümumi iltihabı) ölüm hallarını azaltmaq ehtimalı böyükdür.