Samsung Galaxy Buds, yoxsa Xiaomi Redmi AirDots?


Digərləri 09 Apr 2020 08:11:00 105 0

Samsung Galaxy Buds, yoxsa Xiaomi Redmi AirDots?

Hansısa cihazı seçərkən həm keyfiyyətinə, həm də qiymətinin münasibliyinə fikir veririk, qacetin "rəqiblərinə" baxıb müqayisə etməyə çalışırıq. Hazırkı texnologiya bazarında hər məhsulun oxşar prototipi mövcuddur: 1000 manatlıqdan tutmuş 1 manatlığa kimi...

Son.az ted.az-a istinadən bildirir ki, hər kəsin Apple məhsullarının qiymətlərindən xəbəri var, ona görə də uyğun qiymətli cihazları "almalı"larla müqayisə etməyə gərək yoxdur. Eyni səviyyədə olan cihazlara gəldikdə isə, zənnimizcə, müqayisə etməyə dəyər.

Beləliklə, Samsung Galaxy Buds, yoxsa Xiaomi Redmi AirDots?

Keçirdiyimiz onlayn müqayisə testinə görə, Samsung Galaxy Buds 100, Xiaomi Redmi AirDots isə 80 xal toplayıb.

Samsung-un naqilsiz qulaqlığı Xiaomi-nin məhsulunu funksionallıq, dizayn, səs keyfiyyəti, mikrofon, qoşulma sürəti cəhətlərində üstələyib.

Niyə Samsung Galaxy Buds Xiaomi Redmi AirDots-dan daha yaxşıdır?

⁃ Batareyanın ömrü 2 saat çoxdur (6 saat 4 saata qarşı)

⁃ Səs-küyü yox edən mikrofona sahibdir

Bu xüsusiyyət audio materialı "filtr"dən keçirərək keyfiyyətli səsi təmin edir.

⁃ Daha 2 mikrofona malikdir (4 mikrofon 2 mikrofona qarşı)

⁃ Səviyyəsi enerji indikatoruna malikdir

⁃ Naqilsiz enerji yığa bilir

⁃ Akselerometrə sahibdir