Moskvada qocalar evində baş vermiş yanğın zamanı ölənlərin sayı artıb


Dünya 09 Apr 2020 08:18:00 87 0

Moskvada qocalar evində baş vermiş yanğın zamanı ölənlərin sayı artıb

08:18

Moskvada qocalar evində baş vermiş yanğın nəticəsində xəsarət alanlardan ikisi xəstəxanada keçinib.

Bu barədə tibb müəssisəsindəki mənbə məlumat çatdırıb.

"Xəsarət alanlardan ikisi xəstəxanada ölüb. Belə olan halda, hadisə nəticəsində ölənlərin sayı dördə çatıb", - deyə mənbə agentliyə bildirib.

Qeyd edək ki, Moskvanın 3-cü Mayakininskaya küçəsində yerləşən "Üçüncü yaş həddi" adlı qocalar evində baş vermiş yanğın 300 kv/m sahəni əhatə edib.

***

01:16