Airbus təyyarələrin istehsalını azaldır


Digərləri 09 Apr 2020 07:45:00 92 0

Airbus təyyarələrin istehsalını azaldır

Koronavirusun dünyada yayılması ilə bağlı məhdudiyyətlər Avropanın "Airbus" aviasiya-kosmik korporasiyasını sərnişin təyyarələrinin istehsalını üçdə bir azaltmağa məcbur edib.

Son.az Trend-ə istinadən bildirir ki, şirkət bu barədə öz saytında müvafiq bəyanat yerləşdirib.

"İxtisarlar [İstehsalın] öncəki moronavirus dövrü ilə müqayisədə təxminən üçdə bir təşkil edib", - bəyanatda bildirilir. Yeni normativlər A320, A330 və A350 növ təyyarələr üçün nəzərdə tutulub və ayda müvafiq olaraq 40, 2 və 6 təşkil edib.

Sənədə əsasən, birinci rübdə Airbus 290 kommersiya təyyarəsi üçün sifarişilər alıb və 122-ni təhvil verib. Rüb ərzində daha 60-ı istehsal olunub, lakin onların alınması sifarışçilər tərəfindən təxirə salınıb.