Astronavt olmaq üçün 12 mindən çox şəxs müraciət etdi


Digərləri 09 Apr 2020 07:31:00 95 0

Astronavt olmaq üçün 12 mindən çox şəxs müraciət etdi

NASA Artemis layihəsi üçün verdiyi elana astronavt olmaq istəyən 12 mindən çox şəxsin müraciət etdiyini bildirib.

Son.az ted.az-a istinadən bildirir ki, NASA bu layihəni 2024-cü ilə qədər həyata keçirməyi planlaşdırır. Şirkət rəsmilərinin sözlərinə görə, müraciət edənlərin əksəriyyəti Amerika vətəndaşlarıdır. Layihə üçün martın 2-də başlanan müraciət vaxtı 31 martda başa çatıb. Yeni astronavtların adlarının 2021-ci ilin əvvəlində açıqlanacağı gözlənilir.

Xatırladaq ki, NASA 1960-cı ildən bu günəcən astronavt təhsili üçün 350 tələbə qəbul edib. Təhsil müddətini uğurla başa vuranlar şirkətdə işlə təmin olunurlar.