Ərdoğanla Çin lideri arasında telefon danışığı oldu


Dünya 09 Apr 2020 02:16:06 104 0

Ərdoğanla Çin lideri arasında telefon danışığı oldu

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Çin Xalq Respublikasının sədri Si Szinpin arasında telefon danışığı olub.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Çin Xalq Respublikasının sədri Si Szinpin arasında telefon danışığı olub.

“Report” “Anadolu”ya istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasından bildirilib.

Qeyd edilir ki, iki ölkənin lideri koronavirusla mübarizə üzrə birgə addımları müzakirə edib. Dövlət başçılarının telefon danışığında həmçinin ölkələr arasında ikitərəfli əlaqələr də diqqət mərkəzində olub.