Uşaqları koronavirus stressindən qorumağın yolları


Digərləri 08 Apr 2020 23:54:00 107 0

Uşaqları koronavirus stressindən qorumağın yolları

Rusiyalı mütəxəssislər distant təhsil və koronavirus epidemiyasında uşaqları stressdən qorumağın yolları barədə vacib tövsiyələr verib.

Son.az xəbər verir ki, psixoloqlar uşaqların bu barədə aldıqları məlumatları məhdudlaşdırmağı məsləhət görüb. Qeyd olunub ki, valideynlər narahat olmamalıdır, uşağa vəziyyət barədə məlumat verilməlidir ki, baş verənləri dərk etsin və təhlükəsiz olduğuna əmin olsun. Psixoloqlar uşağın bütün suallarına əlçatan və başa düşülən şəkildə cavab verilməli olduğunu əlavə edib. "Əsas odur ki, baş verənlərə sakit və adekvat münasibət göstərin", - deyə əlavə ediblər.

Mütəxəssislər uşağa gündəlik dərs rejimini tərtib etmək və ona riayət etmək mövzusunda yardım göstərməyi, təhsil və sevimli fəaliyyətlərin vaxtını müəyyənləşdirməyi məsləhət görüb. (publika.az)