Koronavirus infeksiyalarını bloklayan süni virus yaradılıb


Digərləri 08 Apr 2020 23:47:00 152 0

Koronavirus infeksiyalarını bloklayan süni virus yaradılıb

Amerikalı alimlər koronaviruslara qarşı vaksin kimi istifadə edilə biləcək süni virus yaradıblar.

Süni virus hələlik laboratoriya şəraitində, MERS koronavirusu yoluxmuş siçanlar üzərində sınaqdan keçirilib. Alimlər hesab edirlər ki, bu yanaşma SARS-CoV-2 virusuna qarşı da səmərəli olacaq. Araşdırmanın nəticələri Amerika Mikrobiologiya cəmiyyətinin mBio jurnalında dərc edilib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, hazırda dünyada insanları COVID-19 və ya ondan əvvəlki SARS (SARS qeyri-tipik pnevmoniya adı ilə məşhur olan kəskin respirator sindromu) və MERS (Yaxın Şərq respirator sindromu) kimi koronavirusların törətdiyi infeksiyalardan qoruyan vaksin yoxdur.

Alimlər yeni araşdırmada gen-mühəndis virusunun yaradılmasına əsaslanan perspektivli yanaşmanı təsvir edirlər. Koronavirusların "tikanları" bu virusun tərkibindəki zülal fraqmentlərindən əmələ gəlir. Onlar hüceyrələrin səthindəki reseptorlarla bağlanır, bu da virusun sağlam hüceyrələrə keçməsinə imkan verir.