ABŞ koronavirusun müalicəsində bu dərmandan istifadə edir


Digərləri 08 Apr 2020 23:49:00 143 0

ABŞ koronavirusun müalicəsində bu dərmandan istifadə edir

Hindistan qızdırma üçün hazırlanmış "Hidroksiklorokin" preparatını və bənzər dərmanları koronavirusla mübarizə üçün ABŞ-a ixrac edəcək.

Son.az xəbər verir ki, ABŞ dərmanların müqabilində Hindistana 2,9 milyon dollar ödəyəcək.

Hindistanın Baş naziri Narendra Modi ilə telefonda danışan ABŞ Prezidenti Donald Tramp "Hidroksiklorokin"i koronavirusa qarşı inqilabi dərman adlandırıb. Lakin qızdırma preparatı olan "Xlorokin"lə bənzər tərkibdəki bu dərmanın koronavirusun müalicəsində effektiv olduğu istiqamətində elmi araşdırma yoxdur.

Qeyd edək ki, ABŞ Hindistanı Rusiyadan zenit-raket kompleksləri aldığına görə dəfələrlə sanksiya tətbiq edəcəyi ilə təhdid edib. Bundan sonra Hindistan ABŞ-la bəzi iqtisadi münasibətlərində məhdudlaşdırmalara gedib. ABŞ mediası bu məhdudiyyətlərin Trampın Hindistana qarşı təhdidlərini geri götürdükdən sonra aradan qalxdığını yazır.