Alimlər koronavirusun genomunu deşifrə etdilər


Digərləri 08 Apr 2020 23:27:00 120 0

Alimlər koronavirusun genomunu deşifrə etdilər

Argentinalı alimlər SARS CoV-2 koronavirus genomunu tamamilə deşifrə edə bilib.

Son.az xəbər verir ki, bu barədə ölkə Prezidenti Alberto Fernandes Tvitter səhifəsində bildirib. Argentina lideri bu nailiyyətin diaqnostikanın və epidemioloji nəzarətin keyfiyyətini təmin etmək üçün faydalı olacağını, eyni zamanda virusun mövcud olan ştammları üçün peyvənd formulunun inkişafına kömək edəcəyini qeyd edib.

Nəticələr artıq bir çox ölkənin nümunələrinin yerləşdiyi Almaniyadakı beynəlxalq EpiCoV GISAID verilənlər bazasına göndərilib.

Son məlumatlara görə, Argentinada 1628 nəfər infeksiyaya yoluxub, 56 nəfər ölüb, 338-i sağalıb. (publika.az)