Norveç COVID19 virusu ilə bağlı qadağaları yumşaltmağa hazırlaşır


Dünya 08 Apr 2020 23:12:00 120 0

Norveç COVID19 virusu ilə bağlı qadağaları yumşaltmağa hazırlaşır

Norveç COVID-19 virusunun yayılmasını məhdudlaşdırmaq məqsədilə tətbiq edilmiş tədbirləri yumşaltmağa başlayır.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, hökumətin qərarına əsasən, aprelin 27-dən etibarən ölkə ərazisində məktəblər, universitetlər və kolleclər yenidən adi rejimdə fəaliyyətə başlayacaq. Bərbər və gözəllik salonları kimi fərdi xidmətlər göstərən qurumlar da öz növbəsində, tədricən əvvəlki iş rejiminə qayıda bilər. İnsanların digər ölkələrə getməsi məsləhət görülməsə də, hökumət aprelin 20-dən başlayaraq norveçlilərə belə səfərlər etməyə icazə verəcək. Bununla belə, böyük idman və mədəniyyət tədbirlərinin keçirilməsinə qoyulmuş mövcud məhdudiyyətlər hələ bir neçə ay davam edəcək.

Norveçin Baş Naziri Erna Sulberqin sözlərinə görə, ölkə virusun yayılması ilə bağlı vəziyyəti nəzarətə götürə bilib. "İndi əsas məqsəd bu nəzarəti qoruyub saxlamaqdır", - deyə o bildirib.

Son rəsmi məlumatlara görə, Norveçdə 5863 COVID-19 daşıyıcısı qeydə alınıb, 69 nəfər isə həyatını itirib.