“Koronavirusla mübarizədə ikinci və daha çətin mərhələyə başlayırıq” Həsən Ruhani


Dünya 08 Apr 2020 23:07:00 108 0

“Koronavirusla mübarizədə ikinci və daha çətin mərhələyə başlayırıq”  Həsən Ruhani

İran Prezidenti Həsən Ruhani Tehranda keçirilən Nazirlər Şurasının iclasında koronavirusa qarşı mübarizənin ikinci mərhələsinə başladıqlarını açıqlayıb.

Son.az medicina.az-a istinadən xəbər verir ki, İran prezidenti bu mərhələnin əvvəlkindən daha çətin olacağını bildirib.

O, aprelin 11-də ölkədə bəzi müəssisələrin fəaliyyətini bərpa edəcəyini qeyd edib:

"Bəzi vətəndaşlar istehsalı davam etdirmək üçün evdən çıxmalıdırlar. Əvvəlki mübarizə evdə qalaraq virusdan qorunmaq üçün idi. Bu gündən etibarən mübarizə iqtisadi fəaliyyəti davam etdirmək üçün aparılacaq".

Koronavirusa qarşı mübarizə aparmaq üçün çörəyin, işığın və qazın lazım olduğunu vurğulayan Ruhani, bütün ehtiyacları nəzərdən keçirməli olduqlarını qeyd edib:

"Amma prioritetlər var. Bəzən biri digəri üçün qurban verilə bilər, ancaq əlimizdən gələni edəcəyik".