"Forbes" dünyanın ən varlı insanının adını açıqlayıb


Digərləri 08 Apr 2020 22:03:00 122 0

"Forbes" dünyanın ən varlı insanının adını açıqlayıb

"Amazon" korporasiyasının rəhbəri Ceff Bezos ardıcıl olaraq üçüncü ildir dünyanın ən varlı insanları reytinqinə başçılıq edir.

Son.az bildirir ki, AZƏRTAC "Forbes" nəşrinə istinadla xəbər verir ki, dünyanın ən varlı insanlarının 34-cü illik reytinqinə əsasən, Ceff Bezosun varidatı il ərzində 18 milyard dollar azalaraq 113 milyard dollar təşkil edib. Siyahıda ikinci yerdə "Microsoft" kompaniyasının banilərindən biri Bill Qeyts qərarlaşıb. Onun varidatı 98 milyard dollar həcmində qiymətləndirilir.

Fransanın LVMH (Louis Vuitton Moet Hennessy) kompaniyalar qrupunun baş direktoru Bernar Arno üçüncü yerə yüksəlib - 76 milyard dollar. Əvvəlki siyahıda 3-cü olan "Berkshire Hathaway" investisiya fondunun rəhbəri Uorren Baffet isə il ərzində 15 milyard dollar itirərək bir pillə geriləyib. Hazırda onun varidatı 67,5 milyard dollar təşkil edir.

Dünyanın ən varlı insanları reytinqinin ilk beşliyini 59 milyard dollarla Larri Ellison qapayır.