Heydər Əliyev Mərkəzindən İtaliyaya həmrəylik nümayişi VİDEO


Digərləri 08 Apr 2020 21:30:00 101 0

Heydər Əliyev Mərkəzindən İtaliyaya həmrəylik nümayişi  VİDEO

Azərbaycanın koronavirus ("COVID-19") xəstəliyinin geniş yayıldığı ölkələrlə həmrəylik ifadəsi olaraq aprelin 8-də Heydər Əliyev Mərkəzinin binası üzərinə İtaliya Respublikasının bayrağı videoproyeksiya olunub. Mərkəzdən Trend-ə verilən məlumata görə, bayraq təsvirini italyan musiqisi müşayiət edib.

Qeyd edək ki, aprelin 3-dən başlayaraq hər gün virusdan zərərçəkən bir dövlətin bayrağı həmin ölkənin musiqinin sədaları altında Mərkəzin binası üzərinə proyeksiya olunur. Videoproyeksiya ölkələrin adlarının ingilis dilindəki əlifba ardıcıllığına uyğun olaraq həyata keçirilir. Bununla Heydər Əliyev Mərkəzi "COVID-19"un geniş yayıldığı dövlətlərə və onların xalqlarına dəstəyini, hörmət və ehtiramını ifadə edir.