Azərbaycan və İran XİN başçıları koronavirusa qarşı mübarizəni müzakirə edib


Siyasət 08 Apr 2020 17:42:36 97 0

Azərbaycan və İran XİN başçıları koronavirusa qarşı mübarizəni müzakirə edib

İran XİN başçısı ölkəsinin COVID-19 ilə mübarizədə əldə etdiyi təcrübəni Azərbaycanla bölüşdürməyə hazır olduğunu bildirib

© Report

Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov bu gün iranlı həmkarı Məhəmməd Cavad Zərif ilə telefon danışığı keçirib.

“Report” “Tasnim News”a istinadən xəbər verir ki, söhbət əsnasında nazirlər koronavirusa qarşı mübarizəni müzakirə ediblər.

İranın XİN başçısı ölkəsinin COVID-19 ilə mübarizədə əldə etdiyi təcrübəni Azərbaycanla bölüşməyə hazır olduğunu bildirib.

Söhbət zamanı iranlı nazir bu virusla mübarizədə Azərbaycanla həmrəy olduqlarını söyləyib.