Berni Sanders prezidentlik yarışından çəkildi


Dünya 08 Apr 2020 19:38:25 113 0

Berni Sanders prezidentlik yarışından çəkildi

ABŞ-ın senatoru Berni Sanders prezidentlik yarışından çəkildiyini açıqlayıb

Amerikalı senator Berni Sanders prezidentlik yarışından çəkildiyini açıqlayıb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, 78 yaşlı siyasətçi 2020-ci ilin noyabrında keçiriləcək prezident seçkilərinə yarışa qatılacaq əsasnamizədlərdən biri sayılırdı.

Qeyd edək ki, senator Berni Sanders Demokratik Partiyanın üzvü olmasa da, onun adından prezidentliyə namizədlik uğrunda mübarizə aparıb (ABŞ qanunları buna icazə verir). Demokratik Partiyanın praymerizində onun rəqibi keçmiş vitse-prezident Co Bayden olub.