Bakıda avtomobildən oğurluq edən şəxslər saxlanıldı


Kriminal 08 Apr 2020 20:30:00 150 0

Bakıda avtomobildən oğurluq edən şəxslər saxlanıldı

Yasamal rayonu ərazisində avtomobildən pul oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıblar.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Son.az-a verilən məlumata görə, Yasamal RPİ 28-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində aprelin 6-da rayon ərazisində "BMW" markalı avtomobildən 7300 ABŞ dolları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri A.Mehrəliyev və K.Qurbanov saxlanılıblar.