Fransa hökuməti insanları bu yolla izləyəcək


Dünya 08 Apr 2020 19:54:00 147 0

Fransa hökuməti insanları bu yolla izləyəcək

Fransa koronavirusla mübarizə çərçivəsində vətəndaşları ağıllı smartfon tətbiq vasitəsilə təqib edəcək.

Son.az xəbər verir ki, bu barədə Rəqəmsal işlər üzrə nazir Sedrik O "Le Monde" qəzetinə müsahibəsində bildirib.

Nazir qeyd edib ki, hökumətin həyata keçirməyi qərarlaşdırdığı "StopCovid" layihəsi çərçivəsində ağıllı smartfonlar üçün yeni platforma yaradılacaq və beləliklə insanlar müşahidə ediləcək. Lakin bu tətbiq könüllülük prinsipi əsasında yüklənəcək.

"İki şəxs müəyyən müddət yaxın məsafədə olduğu zaman birinin mobil telefonu sözügedən tətbiq sayəsində digərinin məlumatlarını qeydə alır. Daha sonra həmin şəxslərdən biri koronavirusa yoluxarsa, digərinə avtomatik məlumat gedir. Tətbiq "bluetooth" texnologiyası ilə işləyəcək", - nazir vurğulayıb.

Tətbiqin nə zaman istifadəyə veriləcəyi məlum deyil.