Ramin Bayramlı: "Modul tipli xəstəxanaların qurulmasına başlanılıb"


Sosial 08 Apr 2020 18:34:00 113 0

Ramin Bayramlı: "Modul tipli xəstəxanaların qurulmasına başlanılıb"

Tibbi ehtiyacları hər cür ssenariyə uyğunlaşdırmaq üçün bir çox göstəricilərə görə, Azərbaycan öndədir.

"Tibbi ehtiyacları hər cür ssenariyə uyğunlaşdırmaq üçün bir çox göstəricilərə görə Azərbaycan öndədir".

"Report" xəbər verir ki, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

R.Bayramlının sözlərinə görə, ayırılmış tibbi müəssisələrində mövcud reanimasiya yataqları və resurslar məlumdur: “Amma elə ssenarilər ola bilər ki, bunun hazırlığını indidən görməliyik. Buna görə modul tipli tibb müəssisələrinin qurulması prosesinə başlanılıb. Qeyd edim ki, bu xəstəxanalar digər xəstəxanaların yaxınlığında olacaq. Məqsəd tibbi ləvazimatların səmərəli istifadəsi üçündür. Modul tipli xəstəxanaların texniki işləri artıq başlanılıb. Kadr resursları ilə bağlı da işlərə başlamışıq. Bu müəssisələrin istifadə olunmaması üçün əlimizdən gələni edəcəyik. Amma vətəndaşlarımız da diqqətli olsunlar".