ÜTT 2020-ci il üçün qlobal ticarət proqnozunu açıqladı


İqtisadiyyat 08 Apr 2020 19:19:46 121 0

ÜTT 2020-ci il üçün qlobal ticarət proqnozunu açıqladı

ÜTT 2020-ci ildə dünya ticarətinin koronavirus pandemiyası fonunda 13%-dən 32%-ə qədər geriləyəcəyini proqnozlaşdırır

Ümumdünya Ticarət Təşkilatı (ÜTT) 2020-ci ildə dünya ticarətinin koronavirus pandemiyası fonunda 13%-dən 32%-ə qədər geriləyəcəyini proqnozlaşdırır.

“Report” TASS-a istinadən xəbər verir ki, bu məlumatlar qurumun çərşənbə günü Cenevrədə dərc edilmiş hesabatında verilib.

Qeyd edilib ki, pandemiya dünyada normal iqtisadi fəaliyyəti və həyatı pozduğuna görə belə geriləmə gözlənilir.