İrina yeni sevgilisi ilə ilk dəfə görüntüləndi


Digərləri 08 Apr 2020 18:44:00 129 0

İrina yeni sevgilisi ilə ilk dəfə görüntüləndi

Dördillik sevgilisi, aktyor-rejissor Bredli Kuperdən ayrılan məşhur model İrina Şeyk şəxsi həyatı ilə yenidən gündəmə gəlib.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, əslən Rusiyadan olan podium ulduzu Vito Schnabel adlı şəxslə yeni münasibətə başlayıb. Bir müddətdir cütlüyün sevgili olduğu şayiələri yayılsa da, onların yeni fotosu Amerika KİV-lərində yayılıb.

Nyu-Yorkda görüntülənən İrina və Vito eyni evdə yaşayaraq karantin rejiminə əməl edirlər.

"E! News" portalının məlumatına əsasən, İrina yeni sevgilisi ilə əvvəlcə dostluq münasibəti qurub, daha sonra eşq yaşamağa başlayıb.