Hələ ki fövqəladə vəziyyətə əsas yoxdur Operativ Qərargah


Digərləri 08 Apr 2020 18:22:00 110 0

Hələ ki fövqəladə vəziyyətə əsas yoxdur  Operativ Qərargah

Azərbaycanda fövqəladə vəziyyət "Fövqəladə hallar haqqında" Qanuna görə tənzimlənir.

Son.az Trend-ə istinadən bildirir ki, bunu bu gün keçirilən mətbuat konfransında Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov deyib.

Onun sözlərinə görə, hələ ki fövqəladə vəziyyətə əsas yoxdur:

"Cənab Prezident ölkə vətəndaşlarının təhlükəsizliyi ilə bağlı lazım olan bütün tədbirləri görəcək. Əgər ehtiyac olarsa, dövlət başçısı bu prosesdə təhlükəsizlik üçün istənilən qərar verə biıər".