“Kaş ki, xoşbəxt olardın, bədbəxtsən”


Şou-biznes 08 Apr 2020 18:24:00 141 0

“Kaş ki, xoşbəxt olardın, bədbəxtsən”

"Heç vaxt heç bir qadın haqda danışmıram. Fikirləşməmişəm ki, hansısa qadını kimdənsə ayırım. Bunlardan uzağam. Dəli kimi söz deyə bilərəm, o qız ağlayar. Biriylə davam olarsa, orada da bitər. Ona görə də yaxşı qız kimi yaddaşda qalıram".

Son.az Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Xalq artisti Röya Ayxan AzTV-də yayımlanan "Sözüm var" proqramında deyib.

O, aparıcı Aydan Axundzadənin "Son zamanlar müğənnilər sizinlə bağlı keçmişdəki hadisələri gündəmə gətirirlər" sualına isə müğənni belə cavab verib:

"Bugünkü həyatları yoxdur, ona görə... Bu yaxınlarda bir hadisə oldu. O qızın müsahibəsinə baxdım. Dedim ki, Allah səni xoşbəxt etsin, kaş ki, edərdi. Qadın xoşbəxt olmalıdır ki, aqressivləşməsin. İşi, uğuru, qazancı olmalıdır. Bəlkə də, daha böyük uğur arzu edirdilər, amma çata bilmədilər. Elə ağılsız sözlər danışırlar ki... Deyə bilərsən ki, sizə qarşı vəfasızam. Səni yoxlamamışam, gəlib-getməmişəm küsmüsən. Bu, sənin bədbəxtliyindir. Mən də ona xoşbəxtlik arzu edirəm".

Qeyd edək ki, sonuncu dəfə müğənni Natavan Həbibi "Söhbətsiz" proqramında R.Ayxan haqda bu sözləri işlətmişdi:

"Bizdə barışmaq söhbəti olmayıb. Bunlar son vaxtlar belə danışmağa başlayıblar. "W Trio" ona görə dağılıb ki, münasibətimiz pozulub. 2002-ci ildə elə dalaşmışıq ki, qrupumuz dağılıb. Siz hansı münasibətdən, dostluqdan danışırsınız? Vaqif Gərayzadə kimi şəxsiyyət bizə mane ola bilmədi. Mənə qarşı Röya və Elnarə tərəfindən elə şeylər olunub ki... İndi danışmayacam, amma vaxtı var. Biz artıq işləyə bilməzdik. Aramız tamamilə pozulmuşdu. Sonuncu toya gedəndə düşmən kimi getmişik. Eyni səhnədə bir-birimizə nifrət edə-edə oxumuşuq.