Azərbaycanda 105 yeni koronavirusa yoluxma qeydə alındı, 19 nəfər sağaldı Operativ Qərargah


Digərləri 08 Apr 2020 17:05:00 74 0

Azərbaycanda 105 yeni koronavirusa yoluxma qeydə alındı, 19 nəfər sağaldı  Operativ Qərargah

Azərbaycanda 105 yeni koronavirusa yoluxma qeydə alınıb, 19 nəfər sağalaraq evə buraxılıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov bildirib.

İ.Məmmədov deyib ki, Azərbaycanda koronavirusla bağlı pozitiv fikir söyləmək mümkün deyil:

"Ötən həftə ərzində xəstəliyin yoluxma halları davam edib. Bu gün ölkədə 105 nəfərin koronavirusa yoluxma faktı halı qeydə alınıb. Bu rəqəm onu göstərir ki, yoluxma halları artan xətt üzrə gedir".