“İnsanda ani boğulma, hərarət, titrəmə olarsa, o zaman...”


Digərləri 08 Apr 2020 17:11:00 117 0

“İnsanda ani boğulma, hərarət, titrəmə olarsa, o zaman...”

İnsanlar koronavirusla bağlı çox narahat olurlar və bu da panik tutmaların yaranmasına gətirib çıxarır. Evdə qalan insanların psixoloji baxımdan təmkinli olmaları vacibdir.

Son.az xəbər verir ki, bu sözləri oxu.az-a psixoloq Aytən Ələkbərova sosial şəbəkələrdə insanların neqativ paylaşımlarına münasibət bildirərkən deyib.

O qeyd edib ki, insanlar bunu bir məzuniyyət, istirahət kimi düşünməli və karantin qaydalarına riayət etməlidirlər:

"Bəzi insanlar aktiv həyat tərzi keçirdiyi üçün bir anlıq onlara "evdə qal" şüarı boğucu gəlir. Amma bu, ölkədə yayılan koronavirus pandemiyasının qarşısını almaq üçün təhlükəsizlik məqsədilə təyin edilən karantin qaydasıdır. Buna mütləq şəkildə riayət etmək lazımdır. Evdə kitab oxumaq, ailə ilə birlikdə film izləməklə zaman keçirmək gözəldir. Bu, əslində ailə münasibətlərində problem yaşayan insanlar üçün əlverişli fürsətdir.

Təəssüf ki, bu vəziyyət yaz-yay aylarına təsadüf etdiyindən bəzi insanlarda mövsümi panik tutmalar yaranır. İnsanlar koronavirusla bağlı özlərini bir çox hallarda səbəbsiz yerə qorxudurlar. Psixoloji cəhətdən insanlar özlərini təmkinli aparmalıdır. Çünki stress, gərginlik bir çox xəstəliklərin yaranmasına gətirib çıxara bilər".

Psixoloq qeyd edir ki, boğulma, baş ağrısı və halsızlıq koronavirusun əlamətləri deyil:

"Dünən 12 nəfər xroniki konyunktivit əlaməti ilə müraciət edib. Özlərini qorxudurlar ki, koronavirusa yoluxublar. Əslində, belə deyil. Bilmək lazımdır ki, insan təşvişə düşəndə həyəcanlanır. Həyəcan səbəbindən bədəndə titrəmə olur. Ani olaraq hərarət gəlir, sanki ürək sıxılır, nəfəs almaq çətin olur. Panik tutma bir anda başlayır və 12-30 dəqiqə ərzində davam edir. İnsan düşünür ki, ürəyi boğazında döyünür, soyuq tərləmə olur, tez özlərini evdən çölə atmaq istəyirlər. Bu bir qədər çətinlik yarada bilir.

Bu zaman həmin insana 30 dəqiqə ərzində toxunmaq lazım deyil. Bu, sadəcə psixoloji gərginlik səbəbindən insanın özündə yaratdığı yalançı simptomlardır. Bir müddət sonra həmin şəxslərə izah olunmalıdır ki, bu, sadəcə psixolojidir. Heç bir xəstəlik yoxdur.