İbrahim Məmmədov: "İcazəli rejimin tətbiq olunmasından sonra da qanunlar pozulur"


Digərləri 08 Apr 2020 17:18:00 114 0

İbrahim Məmmədov: "İcazəli rejimin tətbiq olunmasından sonra da qanunlar pozulur"

Aprelin 5-dən sonra icazəli rejiminin tətbiq olunmasından sonra da qanunlar pozulur.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.

Onun sözlərinə görə, son bir sutkada 3073 vətəndaş barədə inzibati tədbir görülüb:

"Bu rəqəm çoxdur. 12 nəfər inzibati həbs edilib, 2 iaşə müəssisəsinin işlədiyi aşkarlanıb,1 cinayət işi üzrə iki nəfər həbs edilib. Sosial şəbəkələrdə yalan məlumatlar yazdığı üçün 1 nəfər həbs edilib, 1 nəfər barəsində inzibati tədbir görülüb. İki nəfər jurnalist vəsiqəsi satdığı üçün həbs edilib. Bu, çox mühüm məqamdır. Lüzumsuz zənglər, yalan mesajlar, icazənin saxtalaşdırılması barədə tədbirlər görülüb. Qanunsuz icazələrin verilməsi halları da çoxdur. Hətta fəaliyyətinə icazə verilən dövlət qurumlarına əməkdaşların 30 faizinin işə çağırılması barədə göstəriş verilib. Amma buna baxmayaraq, artıq adamlara da icazə verilib".