ABŞda 50 il evli olmuş cütlük eyni gündə koronavirusdan vəfat etdi


Dünya 08 Apr 2020 17:22:00 134 0

ABŞda 50 il evli olmuş cütlük eyni gündə koronavirusdan vəfat etdi

ABŞ-da 50 il evli olmuş cütlük eyni gündə koronavirusdan vəfat edib.

Son.az Trend-ə istinadən xəbər verir ki, Missisipi ştatında 72 yaşlı Cerri Ostin Uilyamson və Fransis Cuel Uilyamson martın sonunda kruiz səfərindən qayıtdıqdan sonra özlərini pis hiss ediblər.

Xəstəxanaya yerləşdirilən cütlükdə COVID-19 simptomları aşkar edilib.

Bir neçə gündən sonra vəziyyətləri ağırlaşan qocalar bir-birindən 6 dəqiqə ara ilə vəfat ediblər.