Bolnisidə koronavirusa yoluxanların sayı artdı


Dünya 08 Apr 2020 16:42:38 120 0

Bolnisidə koronavirusa yoluxanların sayı artdı

Gürcüstanda azərbaycanlıların yığcam yaşadığı Bolnisi rayonunda daha bir nəfərin koronavirusa yoluxması təsdiqlənib.

Gürcüstanda azərbaycanlıların yığcam yaşadığı Bolnisi rayonunda daha bir nəfərin koronavirusa yoluxması təsdiqlənib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Bolnisi rayonunun icra başçısı David Şerazadişvili məlumat verib.

O deyib ki, həmin şəxs Tbilisiyə, 1 saylı unvisersitet klinikasına çatdırılıb.

Rayon rəhbəri qeyd edib ki, bununla da Bolnisidə COVID-19 infeksiyasına yoluxanların sayı 9 nəfərə çatıb, onların biri ölüb.

Qeyd edək ki, Gürcüstanda koronavirusdan ölən ilk pasiyent Bolnisinin Kvemo Bolnisi (Kəpənəkçi) kəndinin 79 yaşlı qadın sakini olub. Onun 87 yaşlı həyat yoldaşında da virus aşkarlanıb.