Nişanlı qızı çöllükdə oğlanla görüşdürdü, 13 yaşlı bacısını isə maşınında dəfələrlə...


Digərləri 08 Apr 2020 16:21:00 136 0

Nişanlı qızı çöllükdə oğlanla görüşdürdü, 13 yaşlı bacısını isə maşınında dəfələrlə...

Sabirabad rayonunda yetkinlik yaşına çatmayan qızı zorlamaqda təqsirli bilinən 1975-ci il təvəllüdlü Elşən Umudovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Son.az publika.az-a istinadən xəbər verir ki, rayonun Pokrovka kəndində anadan olan Elşən Umudov xuliqanlıq etdiyi üçün Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq) maddəsi ilə ittiham edilib. O, Sabirabad rayon Məhkəməsinin 30 sentyabr 2013-cü il tarixli hökmü ilə barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib və o, 2 il 11 ay 29 gün müddətə şərti cəza alıb.

Həbsdən azad olunan Elşən Umudov Sabirabad rayonunun Əhmədabad kəndində yaşamağa başlayıb. O, məhkum olunmasına və məhkumluğunun ödənilməməsinə baxmayaraq yenidən cinayətlər törətməyə başlayıb.

48 min 500 manatlıq oğurluq

Elşən Umudov 2013-cü ilin mart ayının əvvəllərindən oğurluq etməyə başlayıb. O, 2014-cü ilin mart ayının əvvəllərinədək olan müddətdə bir neçə dəfə Sabirabad rayonu Qaratəpə kəndində Fatma Hüseynovanın evinə girib. O, evdən qadının saxlanc kimi istifadə etdiyi mücrünün içərisində 12200 ABŞ dolları və 10.000 manat dəyərində olan qızıl əşyalarını, dolabın içərisindən isə 29.000 manatını oğurlayıb.

Bundan başqa, Elşən Umudov 2013-cü ilin noyabr ayının əvvəllərində saat 23:30 radələrində idarə etdiyi "Mersedes-190" markalı avtomobillə tanışları Məhəbbət Səmədov, Samirə Babayeva və onun bacısı, 2000-ci il təvəllüdlü Sahibə Babayeva (nişanlısı ilə görüşə gələn oğlanın və hər iki qızın adı və soyadı şərti verilib - red.) ilə birlikdə Sabirabad rayonunun Həşimxanlı kəndi ərazisinə çöllük adlanan yerə gəlib.

Orada Samirə Babayeva və Məhəbbət Səmədov avtomobildən düşüb. Hər iki şəxs avtomobilin yanından aralanıb. Bu zaman Elşən Umudov Sahibə ilə avtomobildə tək qalıb.

Vəziyyətin belə olduğunu görən Elşən Umudov arxa oturacaqda Sahibə Ağayevanın yanında əyləşib. O, həmin vaxt Sahibəyə zor tətbiq edərək onunla cinsi əlaqədə olub.

Həmin vaxt Elşən Umudov yeniyetmə yaşına çatmayan qıza qarşı elədiyi seksual xarakterli hərəkətləri mobil telefonu vasitəsilə çəkib.

Bundan sonra Elşən Umudov həmin ilin noyabr ayından 2014-cü ilin aprel ayının əvvəlinədək olan müddət ərzində Sahibə Babayeva ilə daim cinsi əlaqədə olub.

Şantaj və zorlama

Sahibə Babayeva onunla cinsi əlaqədə olmayanda hədə-qorxu ilə üzləşib. Elşən Umudov yetkinlik yaşına çatmayan qızla bağlı əlində rüsvayedici video olduğunu və həmin videonu yayacağını, qohumları arasında rüsvay edəcəyini bildirib.

Bundan qorxuya düşən Sahibə Babayeva Elşən Umudovla daim Sabirabad rayonunun ərazisində müxtəlif yerlərdə bir neçə dəfə cinsi əlaqədə olub.

Elşən Umudov Cinayət Məcəlləsinin 149.3.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində zorlama törətmək) və 177.3.2-ci (külli miqdarda ziyan vurmaqla oğurluq törətmək) maddələri ilə ittiham edilib. Onun barəsində olan cinayət işi baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

"Bacım evdən tək çıxmadı"

Zərərçəkmiş şəxs qismində ifadə verən Sahibə Babayeva bildirib ki, bacısı Samirənin nişanlısı Məhəbbət həmkəndlisi Elşənlə 2013-cü ilin mart ayının 8-də onlara gəlib: "2013-cü ilin təxminən noyabr ayının əvvəllərində Məhəbbət gecə vaxtı yenə də Elşənin idarə etdiyi avtomaşınla gəlmişdi. Bacım gecə vaxtı olduğundan evdən tək çıxmadı. Bacım məni də özü ilə apardı".

Sahibə Babayeva qeyd edib ki, onlar Sabirabad rayonu Həşimxanlı kəndinin yaxınlığında olan boş sahəyə gediblər: "Burada Elşən avtomaşını saxladı. Bacımla nişanlısı avtomobildən düşdülər və kənar yerə getdilər. Bu zaman Elşən arxa oturacağa yanıma keçdi və avtomaşının qapılarını bağladı. Elşən bildirdi ki, məndən xoşu gəlir. Bu zaman Elşən mənə əl-qol atmağa başladı".

Sahibə Babayevanın sözlərinə görə, bu zaman qışqırmaq istəyib: "Amma Elşən qışqırmağıma imkan vermədi və əli ilə ağzımdan tutdu, sonra mənimlə cinsi əlaqədə olub. Cinsi əlaqədə olan zaman ağrı hiss etdim və buna görə də ağladım. Cinsi əlaqədə olandan sonra Elşən məni hədələdi və bu barədə heç kimə deməməyimi tapşırdı".

"Şəkillərimi məktəbdə paylayacağını dedi"

Sahibə Babayeva qeyd edib ki, həmin gündən 5-6 gün sonra Elşən bacısı Samirənin mobil telefonuna zəng vurub: "Elşən məni telefona çağırdı və bildirdi ki, aramızda olanları heç kim bilməsin. O, özündə şəkil, video olduğunu, həmin şəkil və videoları montaj edərək, məktəbin həyətində hər kəsə paylayacağını dedi. Elşən bildirdi ki, əgər şəklinin yayılmasını istəmirsənsə, onunla yenidən görüşməliyəm".

"Mənimlə görüşəndə ətir və pul verirdi"

Zərərçəkmiş bildirib ki, bundan sonra Elşənlə 30 dəfədən çox cinsi əlaqədə olub: "Elşən məni hər dəfə avtomaşınına mindirib və çöllük sahələrə, bəzən də restorana aparıb. O, mənə çoxlu pulu olduğunu deyib. Elşən mənimlə görüşəndə ətir və pul verirdi. Elşəndən qorxduğuma görə bu barədə heç kimə deməmişəm. Elşən mənim orta məktəbdə oxuduğumu və 13 yaşımın olmasını bilib".