Koronavirusun yayıldığı şəhərdə həyat normala döndü KARANTİN LƏĞV EDİLDİ


Dünya 08 Apr 2020 16:25:00 93 0

Koronavirusun yayıldığı şəhərdə həyat normala döndü  KARANTİN LƏĞV EDİLDİ

Çinin Hubey əyalətindəki Uhan şəhərində yeni növ koronavirus (COVID-19) pandemiyasının baş verdiyi ərazidə karantin qərarı ləğv olunub.

Son.az qazet.az-a istinadən xəbər verir ki, Uhan şəhərində 76 gündür tətbiq olunan karantin sona çatıb.

11 milyon əhalisi olan Uhanda yaşayanların icazəsiz şəhəri tərk edə biləcəyi açıqlanıb.

Məhdudiyyətlərin tamamilə aradan qaldırılmadığını bildirən rəsmilər məktəblərin hələ açılmayacağını və bununla bağlı qərarın daha sonra veriləcəyini qeyd ediblər.

Çin Milli Səhiyyə Komissiyasının verdiyi açıqlamada yanvar ayından bəri bu gün ilk dəfə ölüm hallarının olmadığı bildirilib.