Azərbaycanda ünvanlı sosial yardım alanların sayı artdı


Sosial 08 Apr 2020 15:53:13 189 0

Azərbaycanda ünvanlı sosial yardım alanların sayı artdı

Ünvanlı yardım alan ailələrin sayı son 10 gündə&13,2 faiz artaraq 78130-a çatıb

© Report

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, ünvanlı dövlət sosial yardımın əhatə dairəsinin genişləndirilməsi, təyinatın sadələşdirilməsi və aztəminatlı ailələrə əlçatanlığının artırılması üçün işlər davam etdirilir.

Bu barədə "Report"a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Bildirilib ki, görülən işlər nəticəsində proqramın əhatə etdiyi ailələrin sayında növbəti artım özünü göstərib.

Qeyd olunubki, son on gündə ünvanlı dövlət sosial yardımı alan ailələrin sayında 13,2 faiz artım qeydə alınmaqla, bu yardımı alan ailələrin sayı 9 100 ailə artıb. Hazırda 78 130 (330 minədək ailə üzvü) ailə sosial yardım alır.

Hər ailəyə düşən yardımın məbləği 222 manata çatıb.

Qeyd edək ki, dövlət başçısının 19 mart 2020-ci il tarixli sərəncamının icrası ilə bağlı Nazirlər Kabinetinin təsdiqlədiyi Tədbirlər Planına uyğun olaraq, xüsusi karantin rejimi müddətində ünvanlı dövlət sosial yardımının təyin olunma müddəti bitən aztəminatlı ailələrə də bu yardımın verilməsi karantin rejimi başa çatdığı tarixdən sonrakı ayın 1-dək uzadılıb.