İlham Məmmədov: "Yeni xəstəxanalar koronavirusun yayıldığı bir vaxtda əhalinin sağlamlığının etibarlı şəkildə qorunmasına şərait yaradacaq"


Siyasət 08 Apr 2020 15:43:00 110 0

İlham Məmmədov: "Yeni xəstəxanalar koronavirusun yayıldığı bir vaxtda əhalinin sağlamlığının etibarlı şəkildə qorunmasına şərait yaradacaq"

"Prezident İlham Əliyev tərəfindən hər birində 200 çarpayı olan modul tipli 6 xəstəxananın quraşdırılması üçün 14,8 milyon manat ayırılması insanlarımızın sağlamlığının qorunmasına yönəlmiş atılan ən mühüm addımlardan biridir. Yeni xəstəxanalar koronavirusun yayıldığı bir vaxtda əhalinin sağlamlığının etibarlı şəkildə qorunmasına şərait yaradacaq".

Son.az xəbər verir ki, bunu Trend-ə Milli Məclisin deputatı İlham Məmmədov deyib.

İ.Məmmədov vurğulayıb ki, bu addım, eyni zamanda sosial siyasətin ən vacib elementlərindən biridir:

"Cənab Prezidentin qeyd etdiyi kimi, Azərbaycan dövlətinin siyasətinin əsasında xalqı dayanır. Bu gün ölkənin bütün imkanları koronavirusun yaratdığı çətin vəziyyətdə əhalinin həm sosial-iqtisadi, həm də sağlamlıq vəziyyətini qorumağa səfərbər edilib. Bu gün Azərbaycan iqtisadiyyatının gücü imkan verir ki, koronavirusla mübarizə istiqamətində bütün addımlar atılsın. Yeni xəstəxanalar koronavirusun yayıldığı bir vaxtda əhalinin sağlamlığının etibarlı şəkildə qorunmasına şərait yaradacaq. Bu xəstəxanalar nəinki bu gün, gələcəkdə də insanlarımızın sağlamlığının qorunmasına xidmət edəcək".

Azərbaycanda yeni tibbi maska müəssisəsinin istifadə verildiyini xatırladan deputat vurğulayıb ki, ölkəmizdə uzun illər boyu sənayenin inkişafı istiqamətində görülən işlər öz nəticəsini verir:

"Biz cənab Prezidentin uzaqgörən siyasətini alqışlayırıq. İnkişaf etmiş ölkələr belə qısa müddətdə bu cür istehsal müəssisələri yarada bilmir. Ancaq Azərbaycan iqtisadiyyatı imkan verir ki, biz qısa müddətdə bu cür işləri görə bilək".