Pandemiya Azərbaycanın dəmir yolu ilə yük daşımalarına təsir etməyib


İqtisadiyyat 08 Apr 2020 14:44:19 132 0

Pandemiya Azərbaycanın dəmir yolu ilə yük daşımalarına təsir etməyib

Pandemiya Azərbaycanın dəmir yolları ilə yükdaşımalara təsir etməyib

"Koronavirus pandemiyası ilə bağlı yaranmış məhdudiyyətlərə baxmayaraq Azəraycanın tərəfdaş olduğu ölkələrlə birgə səylər nəticəsində dəmir yolu iləyükdaşımalar əvvəlki qaydadadavam edir".

"Report" xəbər verir ki, bunu“Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) Mətbuat katibliyi şöbəsinin rəisi Natəvan Bayramova bildirib.

Onun sözlərinə görə, bu ilin ilk üç ayında3 554 000 ton yük daşınıb, belə ki, ötən ilin ilk 3 ayı ilə müqayisədə yükdaşımada 13 min ton artım müşahidə edilib: "Azərbaycanla quru və dəniz sərhədinə malik bütün ölkələrlə əvvəlki qaydada yükdaşıma əməliyyatlarını yerinə yetirilir".

N.Bayramova əlavə edib ki, sərhəd-keçid məntəqələrində quraşdırılan müasir tipli dezinfeksiyaedici qurğular vasitəsilə bütün yük vaqonları dezinfeksiya edilir.

Xatırladaq ki, bu ilinyanvar-fevral aylarında dəmir yolları ilə2,3 milyon ton yük daşınıb ki, bu da illik müqayisədə 7,2% çoxdur.Orta hesabla sutkada 339 vaqon yüklənib, 342 vaqon isə boşaldılıb. Sutka ərzində dəmir yolunun Şimal istiqaməti üzrə 15,3 min ton, Qərb istiqaməti üzrə 3,4 min ton,Cənub istiqaməti üzrə isə 0,9 min ton yüklənmə işi yerinə yetirilib.