İsmayıllıda karantini pozan şəxslər cərimələndi


Sosial 08 Apr 2020 14:51:36 121 0

İsmayıllıda karantini pozan şəxslər cərimələndi

İsmayıllı Rayon Polis Şöbəsi Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən xüsusi karantin rejimi qaydalarının təmin olunması istiqamətində tədbirləri davam etdirir.

İsmayıllı Rayon Polis Şöbəsi Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən xüsusi karantin rejimi qaydalarının təmin olunması istiqamətində tədbirləri davam etdirir.

”Report”un Yuxarı Şirvan bürosunun məlumatına görə, son bir gündə polis əməkdaşları karantin rejimi qaydalarını pozduqlarına görə 24 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə əsasən inzibati protokol tətbiq ediblər.

Onlar inzibati qaydada 100 və 200 manat məbləğində cərimə olunublar.

Hazırda İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları gücləndirilmiş iş rejimində xidmətlərini davam etdirirlər.