Rusiya Serj Sarqsyanın qardaşını ekstradisiya edir


Dünya 08 Apr 2020 14:35:00 108 0

Rusiya Serj Sarqsyanın qardaşını ekstradisiya edir

Rusiyanın Baş Prokurorluğu Ermənistanın keçmiş deputat Levon Sarqsyanın ekstradisiyası ilə bağlı tələbini təmin edib.

Son.az oxu.az-a istinadən xəbər verir ki, L.Sarqsyan 2019-cu ilin noyabrında Zelenoqradda saxlanılıb. O, 2018-ci ilin oktyabrından Ermənistanın hüquq-mühafizə orqanları tərəfindən cinayətkar qruplaşmada, həmçinin mütəşəkkil dəstə tərəfindən külli miqdarda əmlakın qarət edilməsi məqsədilə təşkil olunmuş soyğunda iştirakda ittiham olunub.

Ermənistanın keçmiş prezidenti Serj Sarqsyanın qardaşı L.Sarqsyan bir neçə çağırış parlamentin deputatı, həmçinin "Respublika" Partiyasının üzvü olub.