ÜST-nin koronavirusa yoluxan əməkdaşlarının sayı açıqlandı


Sosial 08 Apr 2020 14:18:10 115 0

ÜST-nin koronavirusa yoluxan əməkdaşlarının sayı açıqlandı

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) 10 əməkdaşında koronavirus aşkarlanıb.

"Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) 10 əməkdaşında koronavirus aşkarlanıb".

“Report” NTV-yə istinadənxəbər verir ki, bunu qurumun sözçüsü Kristian Lindmeyer deyib.

O bildirib ki, son rəqəmləri tam dəqiq bilməsə də, yoluxanların sayı təxminən bu qədərdir: “ÜST-nin binasını bağlamadan əvvəlki rəqəm budur. Çünki Cenevrədəki baş ofisdə 1 500 nəfər işləyir. Ancaq çox sayda yoluxma faktı yoxdur. Təsdiq olunan faktların yarısı da evdən işləyəndən sonra ortaya çıxıb”.

ÜST rəsmisi vurğulayıb ki, koronavirusa yoluxan əməkdaşlardan vəziyyətinin pis olması barədə məlumat almayıb: “Onların hamısı sağalmağa doğru gedir”.