"Ərə gedəndə sənətimin zirvəsində idim"


Şou-biznes 08 Apr 2020 13:18:00 103 0

"Ərə gedəndə sənətimin zirvəsində idim"

Ailə quranda 29 yaşım var idi. Ceyhun mənə sənətlə bağlı heç bir qadağa qoymamışdı. Hətta deyirdi, uşaq da gec olsun. Özüm istədim ki, tez ana olum. Ailəmə, yoldaşıma özüm qulluq etmək istədimÖzümü ailəli qadın rolunda görürdüm. Anladım ki, hansı zirvədə olsaq da, bir qadının sonu evdə öz övladına baxmaqdır. Qadın üçün bundan böyük missiya yoxdur. Ona görə də sənətim keçib ikinci plana.

Son.az axşam.az-a istinadən bildirir ki, bu sözləri hazırda Türkiyədə yaşayan müğənni İradə İbrahimova rejissor Nail Naiboğlu ilə İnstaqramda canlı yayımda deyib. Sənətçi yaradıcılıqdan uzaqlaşmasından bəhs edib.

O, daha sonra Xalq artisti Röya Ayxanla aralarında yaşanan qalmaqaldan söz açıb:

"Barışmışıq... Başqa cür ola da bilməzdi. Biz bir-birimizi dəstəkləməliyik. Elə bir dönəmdə yaşayırıq ki, hamı bir olmalıdır".

İ.İbrahimova ATV kanalında başına gələn hadisəni də izləyicilərlə bölüşüb: