Qadınlara qarşı zorakılığı törədənlər daha çox öz həyat yoldaşlarıdır - RƏSMİ


Sosial 08 Apr 2020 10:14:53 108 0

Qadınlara qarşı zorakılığı törədənlər daha çox öz həyat yoldaşlarıdır - RƏSMİ

"Yığılan məlumatlara əsasən qadınlara qarşı zorakılığı törədənlər daha çox öz həyat yoldaşlarıdır, bu 68,4% faizdir".&

"Yığılan məlumatlara əsasən qadınlara qarşı zorakılığı törədənlər daha çox öz həyat yoldaşlarıdır, bu 68,4% faizdir".

"Report" xəbər verir ki, bu,Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi COVİD-19 pandemiyasının məişət zorakılığı hallarının artmasına təsiri barədə yaydığı məlumatda öz əksini tapıb.

"Qadınların 12,1%-i keçmiş həyat yoldaşları, 11,9%-i isə qeyri-rəsmi yaşadığı kişi tərəfindən zorakılığa məruz qalırlar. Gender əsaslı zorakılıq halları demək olar ki, bütün dünya ölkələrində çoxluq təşkil edir. Aparılan bir çox araşdırmalar nəticəsində məlum olub ki, hər 3 qadından biri nə vaxtsa zorakılığa məruz qalıb, hər 3 dəqiqədən bir ən azı bir qadın öldürülür", - deyə məlumatda vurğulanıb.