ABŞ ÜSTün büdcəsinə ödənişləri dayandıra bilər


Dünya 08 Apr 2020 08:24:00 86 0

ABŞ ÜSTün büdcəsinə ödənişləri dayandıra bilər

ABŞ Ümumdünya Səhiyyə Təşkilatının büdcəsinə ödənişləri dayandırmaq imkanlarını nəzərdən keçirir.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bunu ABŞ prezidenti Donald Tramp Ağ Evdə brifinq zamanı deyib.

D.Tramp ilk öncə ödənişlərin dayandırılmasına hazırlaşdıqlarını bildirib: "ÜST ABŞ-dan böyük miqdarda vəsait alır. Biz ÜST-ə vəsait ayırmağı dayandırmağa hazırlaşırıq".

Lakin bir neçə dəqiqədən sonra D.Tramp öz ifadəsini düzəldib: "Mən bunu etməyə hazırlaşıram demirəm, biz bunu araşdırmağa hazırlaşırıq".