Koronavirus bu tarixdə bitəcək Məşhur astroloq AÇIQLADI


Digərləri 08 Apr 2020 06:30:00 138 0

Koronavirus bu tarixdə bitəcək  Məşhur astroloq AÇIQLADI

İngiltərə astrologiya kollegiyasının prezidenti Bernard Fitzvalter koronavirus böhranının nə zaman bitəcəyi haqqında xüsusi proqnoz verib.

Son.az xəbər verir ki, nüfuzlu ingilis münəcciminin proqnozlarını hətta bütün ömrü boyu ulduz fallarına şübhə ilə yanaşanlar da maraqla gözləyir.

- Dünyada niyə belə bir böhran baş verdi?

- Bütün bunlar Saturn-Pluton dövriyyəsi ilə əlaqədardır: 1914, 1947, 1882-ci illərdə idi və 2020-də yenidən gəldi. Maraqlıdır ki, 1914-cü ildən sonra İspan qripi epidemiyası baş verdi; 1947-ci ildən sonra Yer kürəsində bir çox yerdə poliomielit epidemiyası baş verdi; 1982-ci ildə ilk dəfə HİV/AİDS-lə qarşılaşdıq, indi isə koronavirus meydana çıxdı.

- Koronavirus pandemiyası nə vaxt bitəcək?

- Bəlkə yayda. Hazırda Mars alternativ olaraq Yupiter, Pluton və Saturnun yanından keçir və hər biri vəziyyəti daha da ağırlaşdırır. Bundan əlavə, Yupiter aprelin 5-də Plutona yaxınlaşır - onda dörd planetin hamısı bir-birinə çox sıx dayanacaq.