Qəza törətmiş sürücüdən qeyriadi HƏRƏKƏT FOTO


Digərləri 08 Apr 2020 04:30:00 100 0

Qəza törətmiş sürücüdən qeyriadi HƏRƏKƏT  FOTO

Türkiyənin Antalya şəhərində yağış səbəbi ilə sürüşkən yolda qəza törədən sürücü hər kəsin marağına səbəb olan addım atıb.

Son.az xəbər verir ki, Antalyada avtomobilini yüksək sürətlə idarə edən sürücü idarə etməni itirərək əvvəlcə səkiyə çıxıb daha sonra maşını kanala aşırdıb. Özünü itirməyən sürücü kanalda batmaqda olan avtomobilinin üzərinə çıxaraq xilasediciləri gözləyib. Ciddi xəsarət almayan sürücü xəstəxanaya yerləşdirilib və maşın xilasedicilər tərəfindən sudan çıxarılıb. 

Hər kəsin marağına səbəb olan həmin görüntüləri təqdim edirik. (ölkə.az)